az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 5 saylı filialında "Məmməd Araz-85" başlığı altında sərgi-söhbət keçirilib

31-10-2018, 14:13
Sabunçu  rayon  MKS-nin  5 saylı  filialında "Məmməd Araz-85" başlığı altında sərgi-söhbət keçirilib


Oktyabrın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 5 saylı filialında görkəmli Azərbaycanın xalq şairi Məmməd Arazın 85 illliyi ilə əlaqədar "Məmməd Araz-85" başlığı altında sərgi-söhbət keçirilib.

Sərgidə 198 saylı tam orta məktəbin şagirdləri və kitabxana işçiləri iştirak ediblər.

Kitabxanaçılar Məmməd Arazın həyat və yaradıcılığı haqqında məktəblilərə məlumat veriblər. Bildirilib ki, Azərbaycanın xalq şairi Məmməd Araz öz ömrünü Vətənə və sənətə həsr etmişdir. Müstəqillik, millilik, azadlıq Məmməd Araz sənətinin mayasını təşkil edir. Xalq şairi Məmməd Arazın sənəti daim yaşayır, müasir inkişafa həmişə xidmət edir.

baku-art.az
Oxunma sayı : 138