az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında inşa müsabiqəsinə yekun vurulub

31-10-2018, 09:51
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında inşa müsabiqəsinə yekun vurulub

Oktyabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsinə yekun vurulub.

Müsabiqənin məqsədi uşaqlara milli kinonun tarixi, bu günü, gələcəyi haqqında məlumat vermək, eləcə də kinomuzun tarixində iz qoyan aktyorları tanıtmaqdır.

Qeyd edək ki, kiçikyaşlı oxucular “Sehirli xalat” filmini izlədikdən sonra, onlara film barədə inşa yazmaq tapşırılıb. Müsabiqədə Nihad Niftəliyev I yerə, Firuzə Zeynalova II yerə, İnal Əbdüləzimli və Hacı Ömər III yerə layiq görülərək Yasamal rayon MKS-nin Fəxri fərmanı ilə təltif olunublar.

Təltifolunma mərasimi Mərkəzi Kitabxanada təşkil edilib.

baku-art.az


Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında inşa müsabiqəsinə yekun vurulub

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında inşa müsabiqəsinə yekun vurulub
Oxunma sayı : 145