az
Bütün xəbərlər

“Qətibə İnanc”ı tamaşaçılara təqdim edilib

31-10-2018, 09:44
“Qətibə İnanc”ı tamaşaçılara təqdim edilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi növbəti tamaşa - “Qətibə İnanc”ı tamaşaçılarına təqdim edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunan tamaşada rolları Xalq artisti Bəsti Cəfərova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, aktyor Elnur Qədirov və Cümşüd Zeynalov ifa ediblər. Səhnə əsərində rəsmlərin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

baku-art.az


“Qətibə İnanc”ı tamaşaçılara təqdim edilib

“Qətibə İnanc”ı tamaşaçılara təqdim edilib

“Qətibə İnanc”ı tamaşaçılara təqdim edilib

“Qətibə İnanc”ı tamaşaçılara təqdim edilib
Oxunma sayı : 98