az
Bütün xəbərlər

Korifey sənətkar Şövkət Ələkbərovanın xatirəsi anılıb

23-10-2018, 16:47
Korifey sənətkar  Şövkət  Ələkbərovanın xatirəsi anılıb


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti, ölkəmizdə musiqi mədəniyyətinin inkişafı və təbliği işində dəyərli töhfələr vermiş mahir muğam və mahnı ifaçısı Şövkət Ələkbərovanın anadan olmasının 96-cı il dönümü ilə əlaqədar Fəxri Xiyabana ziyarət təşkil olunub.

Anım mərasimində Baş İdarənin rəisi Vuqar Zeynalov, Şövkət Ələkbərovanın ailə üzvləri və onun adını daşıyan Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin kollektivi sənətkarın abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Baş İdarənin rəisi V.Zeynalov və T.Quliyev adına 12 nömrəli 11 illik Musiqi məktəbinin direktoru, Ş.Ələkbərovanın gəlini Gülnarə Səfərova xalq artistinin milli musiqi tariximizdə qoyduğu izdən və zəngin yaradıcılığından danışıblar.

Görkəmli müğənninin adını daşıyan Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin direktoru Sevda Məmmədova korifey sənətkarın gözəl pedaqoq olduğunu vurğulayaraq, bu gündə onun qoyub getdiyi ənənələrin davam etdirildiyini qeyd edib.

baku-art.az

Korifey sənətkar  Şövkət  Ələkbərovanın xatirəsi anılıb

Korifey sənətkar  Şövkət  Ələkbərovanın xatirəsi anılıb

Korifey sənətkar  Şövkət  Ələkbərovanın xatirəsi anılıb
Oxunma sayı : 94