az
Bütün xəbərlər

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi Odessada da anılacaq

23-10-2018, 10:31
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi Odessada da anılacaq



Oktyabrın 25-də Ukraynanın Odessa şəhərində dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anım günü ilə bağlı konsert keçiriləcək.

Odessa şəhər filarmoniyasında keçiriləcək “Müslüm Maqomayevin xatirə gecəsi” adlı konsertdə Ukraynanın tanınmış müğənniləri, beynəlxalq müsabiqələrin laureatları, o cümlədən həmyerlimiz, Ukraynanın Xalq Artisti Qurban Abbasov dahi sənətkarımızın repertuarından mahnılar ifa edəcəklər.

Oktyabr və noyabr aylarında Ukraynanın bir sıra şəhərlərində Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsertlər, müsabiqələr keçiriləcək.

baku-art.az
Oxunma sayı : 276