az
Bütün xəbərlər

Azərbaycanın Əməkdar artisti isveçli tələbələrə ustad dərsi keçib

22-10-2018, 17:55
Azərbaycanın Əməkdar artisti isveçli tələbələrə ustad dərsi keçib


İsveçə səfəri çərçivəsində Azərbaycanın Əməkdar artisti Fərqanə Qasımova Stokholmda yerləşən "KMH" Kral Musiqi məktəbində yerli tələbələrə ustad dərsi keçib.

Tədbirin aparıcıları olan Kral Musiqi məktəbinin əməkdaşları F.Qasımovanı “KMH”də salamlayaraq, onu Azərbaycan muğam ənənə və lirikasının, habelə aşiq musiqinin özündə daşıyan və bu sahədə yeniliklər edən görkəmli xanəndə kimi xarakterizə ediblər. Qeyd olunub ki, Fərqanə Qasımova İsveçə, Uppsala şəhərinin Konsert və Konqres Zalı, “KMH” və Xalq və Ənənəvi Musiqi Perfomansı Mərkəzinin birgə təşkilatçılığı ilə yerli tamaşaçılara digər ölkələrin klassik və milli musiqini tanıtmaq məqsədilə keçirilən "Maraqlı Klassiklər" ("Curious Classics") adlı festivalda iştirak etmək üçün gəlib.

Fərqanə Qasımova tələbələr qarşısında Azərbaycan muğamlarını səsləndirib.

Tədbir iştirakçılarının böyük marağına səbəb olan mahnıların səslənməsi və oxunması texnikası barəsində məlumat verən xanəndə, milli musiqimizin incəliklərindən ətraflı söz açıb və tələbələri maraqlandıran sualları cavablandırıb. Bir sıra muğam, təsnifinin səsləndiyi ustad dərsində tələbələrlə birgə mahnılar da ifa olunub.

Xatırladaq ki, əvvəlcə Fərqanə Qasımova Uppsala şəhərinin Konsert və Konqres Zalında və Malmö şəhərinin “Moriska Paviljongen” salonunda konsert proqramları ilə də çıxış etmişdir. Səfərdə xanəndəni Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyevdən ibarət musiqi qrupu müşayiət edib.

Qeyd edək ki, tanınmış muğam ustadının ustad dərsi pulsuz təşkil edilib.

baku-art.az

Azərbaycanın Əməkdar artisti isveçli tələbələrə ustad dərsi keçib
Oxunma sayı : 389