az
Bütün xəbərlər

Xəzər rayon MKS-nin 6 saylı filialı "İstedadlı oxucularımızı dünyaya tanıdaq!" adlı rubrikaya start verib

22-10-2018, 17:37
Xəzər rayon MKS-nin 6 saylı filialı "İstedadlı oxucularımızı dünyaya tanıdaq!" adlı rubrikaya start verib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 6 saylı filialı "İstedadlı oxucularımızı dünyaya tanıdaq!" adlı rubrikaya start verib. Rubrika ilk olaraq kitabxananın istedadlı və fəal oxucusu Mirzəliyev Tamerlan Zəhim oğlunu izləyicilərə təqdim edir.

Tamerlan Zəhim oğlu Mirzəliyev 1992-ci ildə Şamaxı şəhərində ziyalı ailəsində anadan olub. Bakı şəhəri Xəzər rayonu 323 saylı tam orta məktəbdə təhsil alıb. Hazırda ADRA-nın magistridir. Qala Dövlət Tarix Memarlıq Qoruğunda rəssam-heykəltəraş vəzifəsində işləyir. Bir çox yerli və beynəlxalq sərgilərdə uğurla iştirak edərək diplomlarla və mükafatlarla təltif olunub. Qala qoruğunda keçirilən "Daşın nəğməsi" Üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumunda və digər tədbirlərdə uğurla iştirak edib. Mütaliəni çox sevir, özü də bir neçə şeirlər yazıb. Gözəl nitq mədəniyyəti, diksiyası var. Sadə, səmimi, zəhmətkeş insandır.

14 iyul 2010-cu il tarixindən Xəzər rayon MKS-nin 6 saylı filialının fəal oxucusudur və abunə olaraq ilk götürdüyü kitab V.Bəhmənlinin "Poeziya" adlı kitabının I cildi olub, hal-hazırda "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" kitabını oxuyur. Kitabxana qaydalarını hər zaman gözləyir, yəni götürdüyü kitabları vaxtında qaytarır, səliqəlidir, məsuliyyətlidir. Ən çox üstünlük verdiyi kitablar bədii ədəbiyyat, mədəniyyət və incəsənət şöbələrinin kitablarıdır. Demək olar ki, kitabxana fondundakı kitabların çoxunu oxuyub.

Filial müdiri Samirə Nəsirova bildirirki, "Tamerlan Mirzəliyev kitabxanaya abunə olduğu gündən öz tərbiyəsinə, savadına, dünyagörüşlü olmasına görə bütün kitabxana əməkdaşlarının rəğbətini qazanıb. Kitabxanada keçirilən tədbirlərdə və eyni zamanda şəhər, rayon, qəsəbə miqyaslı tədbirlərdə Tamerlan hər zaman böyük şövqlə iştirak edib, əl işləri sərgilənib, şeirlər söyləyib. İlk əmək fəaliyyətinə də Xəzər rayon MKS-nin 6 saylı filialında başlayıb. Belə ki, 2010-cu ilin sentyabr ayından kitabxanada fəaliyyət göstərməyə başlamış "Rəsm" dərnəyini Tamerlan Mirzəliyev tədris etmişdir. O zamankı "Rəsm" kursunun üzvləri indi artıq ali və orta ixtisas məktəblərinin məzunlarıdırlar və indi də öz müəllimlərinə böyük hörmət bəsləyirlər, onunla ara-sıra görüşürlər, dəyərli məsləhətlərini alırlar. Hər gəncə nəsib olmayan bir ağsaqqal hörməti qazanıb öz tərbiyəsi,əxlaqı, yüksək mədəniyyəti ilə. Biz kitabxana işçiləri hər zaman kiçikyaşlı oxuculara Tamerlan Mirzəliyevi nümunə kimi göstərərək onların da Tamerlan kimi savadlı, istedadlı, zəhmətkeş olmasını arzu edirik. Bu cür təbliğat uşaq, yeniyetmə və gənclər arasında kitaba, mütaliəyəyə, kitabxanaya, incəsənətə lazımi səviyyədə marağın yaranmasına səbəb olur və onların zərərli vərdişlərdən uzaq olaraq asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradır. Bəli, kitabxananın cəmiyyətin formalaşmasında müstəsna rolu var və hər bir kitabxana öz oxucusunun xüsusi istedad və qabiliyyətinin aşkar olunmasında və onun düzgün istiqamətləndirilməsində öz köməkliyini göstərərək vəzifə borcunu layiqincə yerinə yetirməlidir. Bizim kitabxananın Tamerlan kimi istedadlı oxucuları çoxdur və tədricən onları hamı tanıyacaq. Tamerlana işlərində və yaradıcılığında böyük uğurlar arzu edirik!"

Qeyd edək ki, bu rubrika həmçinin facebook sosial şəbəkəsində qeydiyyatdan keçmiş "Qala qəsəbə kütləvi kitabxana" və "Мои любимые книги" səhifələrində də yayımlanacaqdır. Hər iki səhifənin ayrı-ayrılıqda 400-ə yaxın yerli və əcnəbi izləyiciləri var. Rubrikanın sosial şəbəkələrdə yayımlanmasında məqsəd həm istedadlı insanların müxtəlif bölgələrdə tanınması və həmçinin də kitaba, kitabxanaya marağın artırılmasıdır.

baku-art.az

Oxunma sayı : 367