az
Bütün xəbərlər

Binəqədi Mərkəzi Mədəniyyət evində İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

22-10-2018, 16:47
 Binəqədi Mərkəzi Mədəniyyət evində İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub


Oktyabrın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət evində əməkdar incəsənət xadimi, görkəmli yazıçı, ssenarist və kinoredaktor İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Tədbiri giriş sözü ilə Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Şahin Səmədov açaraq, qonaqları salamlayıb və İsa Muğannanın həyat və yaradıcılığından bəhs edib.

Daha sonra şəhid Qorxmaz Baxşıyevin adını daşıyan 179 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəlliməsi Hüseynova Adilə, mədəniyyət evinin A.Qurbanov adına Xalq teatrının rejissoru Əlvan Abdullayev, Poeziya dərnəyinin rəhbəri Həsən Həsənov və kütləvi - tədbirlər üzrə təçkilatçısı Kənan İsmayılov çıxış edərək, İsa Muğannanın həyatı, yaradıcılığı, kino fəaliyyəti, Azərbaycan ədəbiyyətı və incəsənəti tarixində misilsiz xidmətlərindən danışıblar. Tədbirdə iştirak edən 179 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri də İsa Muğannanın həyat və yaradıcılığı haqqındakı çıxışları maraqla dinlədilər.

baku-art.az

 Binəqədi Mərkəzi Mədəniyyət evində İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

 Binəqədi Mərkəzi Mədəniyyət evində İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

 Binəqədi Mərkəzi Mədəniyyət evində İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

 Binəqədi Mərkəzi Mədəniyyət evində İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

 Binəqədi Mərkəzi Mədəniyyət evində İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

 Binəqədi Mərkəzi Mədəniyyət evində İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub
Oxunma sayı : 203