az
Bütün xəbərlər

Ş.Ələkbərova adına Mədəniyyət evində dəyirmi masa keçirilib

19-10-2018, 16:49
Ş.Ələkbərova adına Mədəniyyət evində dəyirmi masa keçirilib

Oktyabrın 19- da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evində “Musiqi ilə yaşayan ömür” silsilə tədbirləri proqramı çərçivəsində Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 96-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Mədəniyyət evinin bədii rəhbəri G.Musayeva açaraq, bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Daha sonra Mədəniyyət evinin direktoru C. Süleymanov, Mədəniyyət evinin “Gənclər” instrumental ansamblının solisti, “Rast” muğamsevərlər həvəskar birliyinin rəhbəri F.Şəfiyeva unudulmaz sənətkarımızın yaradıcılığı, məlahətli səsi və ifasında səslənən xalq mahnıları, muğamlarımızın, bəstəkar mahnılarının Azərbaycan musiqisində önəmli yer tutması haqqında çıxış ediblər.

Sonda Azərbaycan musiqisini yaşadan Şövkət Ələkbərovanın xatirəsinə həsr olununmuş videoçarx nümayiş etdirilib.

baku-art.az

Ş.Ələkbərova adına Mədəniyyət evində dəyirmi masa keçirilib

Ş.Ələkbərova adına Mədəniyyət evində dəyirmi masa keçirilib

Ş.Ələkbərova adına Mədəniyyət evində dəyirmi masa keçirilib

Ş.Ələkbərova adına Mədəniyyət evində dəyirmi masa keçirilib
Oxunma sayı : 156