az
Bütün xəbərlər

Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib

19-10-2018, 15:53
 Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib

Oktyabrın 18 – də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzi 18 - oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Təbrik üçün söz Zirə qəsəbə Mədəniyyət Mərkəzinin bədii-rəhbəri Məzahir Rüstəmova verilib. Mədəniyyət Mərkəzinin kütləvi-tədbirlər üzrə təşkilatçısı Nərmin Həsənova çıxışında bildirib ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Sonra dörd illik rəsm kursunu bitirmiş Məmmədova Jalə diplomla təltif olunub və kursun tələbələri Mühəmməd və Şəhlanın ifasında “Azərbaycan əsgəri” mahnısı dinlənilib.

Sonda Rəsm kursunun rəhbəri Aytən müəllimə hərkəsi bayram münasibətilə təbrik edib, sərginin təşkil olunmasında əməyi olan rəsm kursu tələbələrini diplomlarla mükafatlandırıb.

Tədbir “Azərbaycan”(Z.Xanbabayeva) mahnısının sədaları altında sona çatıb.

baku-art.az

 Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib

 Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib

 Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib

 Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib

 Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib

 Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib

 Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib

 Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Müstəqil məmləkətim”adlı rəsm sərgisi təşkil edib
Oxunma sayı : 136