az
Bütün xəbərlər

Səbail rayon MKS - nin 1 saylı filialında "Əbədi müstəqilliyimiz" adlı sərgi təşkil olunub

19-10-2018, 15:11
 Səbail rayon MKS - nin 1 saylı filialında "Əbədi müstəqilliyimiz" adlı sərgi təşkil olunub

Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon MKS - nin 1 saylı filialında 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar "Əbədi müstəqilliyimiz" adlı sərgi təşkil olunub.

Sərgi zamanı müstəqillik illərində Azərbaycanda sosial-iqtisadi, elm, təhsil, mədəniyyət, müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi sahəsində əldə olunmuş uğurlar barədə ətraflı məlumat verilib.

baku-art.az
Oxunma sayı : 105