az
Bütün xəbərlər

Binəqədi rayon MKS-nin 2 saylı filialında Müstəqillik Gününə həsr olunmuş söhbət keçirilib

18-10-2018, 16:10
Binəqədi rayon MKS-nin 2 saylı filialında Müstəqillik Gününə həsr olunmuş söhbət keçirilib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin 2 saylı filialında 18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş söhbət keçirilib.

Tədbirdə ilk öncə Binəqədi rayon MKS-nin 2 saylı filialının müdiri çıxış edərək, müstəqil dövlətimizin inkişaf yolundan, beynəlxalq aləmdə tutduğu əhəmiyyətli yerindən və tanınmasından danışıb.

Sonra 179 saylı tam orta məktəbin tarix müəllimi Yusubova Şölə 18 Oktyabr Müstəqillik Gününün tarixi faktlarından söz açıb, bu günün vacibliyindən danışıb.

Sonda tədbir iştirakçıları "18 Oktyabr Dövlət Müstəqilliyi Günü" başlığı adı altında sərgi ilə tanış olublar.

baku-art.az

Binəqədi rayon MKS-nin 2 saylı filialında Müstəqillik Gününə həsr olunmuş söhbət keçirilib

Binəqədi rayon MKS-nin 2 saylı filialında Müstəqillik Gününə həsr olunmuş söhbət keçirilib

Binəqədi rayon MKS-nin 2 saylı filialında Müstəqillik Gününə həsr olunmuş söhbət keçirilib
Oxunma sayı : 181