az
Bütün xəbərlər

Xəzər rayon MKS-nin 1 saylı filialında "Kitab bilik xəzinəsidir" adlı tədbir keçirilib

18-10-2018, 15:20
Xəzər rayon MKS-nin 1 saylı filialında  "Kitab bilik xəzinəsidir" adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 1 saylı filialında "Yerli Demokratiya həftəsi" çərçivəsində "Yerli demokratiyanın inkişafı naminə vətandaşların inkişafı, maarifləndirilməsi" şüarı altında məktəblilər arasında "Kitab bilik xəzinəsidir" mövzusunda tədbir keçirilib.

Tədbirdə Mərdəkan bələdiyyə sədrinin müavini Sevil Məmmədova, kitabxana müdiri Ofeliya Abdullayeva, bələdiyyə işçiləri Abbasova Xədicə, Hüseynova Səidə, 181 saylı tam orta məktəbin riyaziyyat müəlliməsi Abdullayeva Xatirə və 11-ci sinif şagirdləri, kitabxana heyyəti iştirak ediblər.

Mərdəkan bələdiyyə sədrinin müavini Sevil Məmmədova çıxış edərək Azərbaycanda demokratiya, bələdiyyələrin fəaliyyəti ilə bağlı uşaqlara ətraflı məlumat verib.

Sonra tədbirin mövzusu olan "Kitab bilik xəzinəsidir" başlığı altında uşaqlarla geniş söhbət aparılıb.

Sonda kitabxana müdiri Ofeliya Abdullayeva məktəblilərə kitabın və kitabxananın çəmiyyət və insan həyatında mühüm rolundan danışıb.

baku-art.az

Xəzər rayon MKS-nin 1 saylı filialında  "Kitab bilik xəzinəsidir" adlı tədbir keçirilib

Xəzər rayon MKS-nin 1 saylı filialında  "Kitab bilik xəzinəsidir" adlı tədbir keçirilib

Xəzər rayon MKS-nin 1 saylı filialında  "Kitab bilik xəzinəsidir" adlı tədbir keçirilib
Oxunma sayı : 138