az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 2 saylı filialı “ Azərbaycanın qurucusu – Heydər Əliyev” adlı söhbət təşkil edib

18-10-2018, 10:51
 Sabunçu rayon MKS-nin 2 saylı filialı “ Azərbaycanın  qurucusu – Heydər Əliyev” adlı söhbət təşkil edib

Oktyabrın 17 - də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialı 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “ Azərbaycanın qurucusu – Heydər Əliyev” adlı təşkil edib.

Tədbir 170 saylı tam orta məktəbdə keçirilib.

Tədbiri giriş sözü ilə şöbə müdiri E.Məmmədova açaraq, Dövlət Müstəqilliyi Günü haqqında ətraflı məlumat verib.Bildirib ki, xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdı. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. İnsan üçün azadlıqdan, dövlət üçünsə müstəqillikdən əziz, şirin heç nə yoxdur. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.

Sonda məktəb şagirdləri mövzuyla bağlı şeirlər söyləyiblər.

baku-art.az

 Sabunçu rayon MKS-nin 2 saylı filialı “ Azərbaycanın  qurucusu – Heydər Əliyev” adlı söhbət təşkil edib

 Sabunçu rayon MKS-nin 2 saylı filialı “ Azərbaycanın  qurucusu – Heydər Əliyev” adlı söhbət təşkil edib

 Sabunçu rayon MKS-nin 2 saylı filialı “ Azərbaycanın  qurucusu – Heydər Əliyev” adlı söhbət təşkil edib
Oxunma sayı : 83