az
Bütün xəbərlər

Yasamal rayon Heydər Əliyev Mərkəzində Dövlət Müstəqilliyi gününə həsr olunmuş açıq dərs keçirilib

18-10-2018, 10:41
 Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində  Dövlət   Müstəqilliyi  gününə  həsr  olunmuş   açıq dərs  keçirilib


Oktyabrın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr -Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş açıq dərs keçirilib.

Tədbirdə Yasamal rayon 308 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Sonra Yasamal rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Azər Zeynalzadə bildirib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini rəsmiləşdirən Konstitusiya Aktının qəbulu Azərbaycan Respublikasında milli siyasət və idarəetmənin, iqtisadi inkişafın əsaslarını müəyyən etməklə, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında əhəmiyyətli olmaqla, insan hüquqlarına verilən mühüm töhfələrdən və bu mühüm tarixi sənədin xalqımızı azadlığına qovuşdurmasından bəhs edib.

Daha sonra müstəqillik gününə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə məktəbin tarix müəlliməsi Naridə Fərhadova məruzə ilə çıxış edərək, Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli lider Heydər Əliyevin nəhəng quruculuq işlərindən danışıb.

Sonda şagirdlərin iştirakı ilə diskussiya keçirilib.

baku-art.az

 Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində  Dövlət   Müstəqilliyi  gününə  həsr  olunmuş   açıq dərs  keçirilib

 Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində  Dövlət   Müstəqilliyi  gününə  həsr  olunmuş   açıq dərs  keçirilib

 Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində  Dövlət   Müstəqilliyi  gününə  həsr  olunmuş   açıq dərs  keçirilib

 Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində  Dövlət   Müstəqilliyi  gününə  həsr  olunmuş   açıq dərs  keçirilib

 Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində  Dövlət   Müstəqilliyi  gününə  həsr  olunmuş   açıq dərs  keçirilib

 Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində  Dövlət   Müstəqilliyi  gününə  həsr  olunmuş   açıq dərs  keçirilib
Oxunma sayı : 113