az
Bütün xəbərlər

İ.Əbilov adına Mədəniyyət Mərkəzində 18 oktyabr –Dövlət Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirilib

17-10-2018, 17:40
 İ.Əbilov adına Mədəniyyət Mərkəzində 18 oktyabr –Dövlət Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirilib

Oktyabrın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aida Muradova açaraq, əsası 1991-ci ildə qoyulan müstəqilliyin azad, suveren bir dövlət olaraq tanınmağımız haqqında ətraflı məlumat verib.

Sonra tədbirdə bildirilib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşsə də, xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində müstəqilliyi qoruyub saxlaya bilib.

Tədbirin sonunda Mərkəzin " Şəlalə" xalq çalğı alətləri ansamblı və "Aidə" xalq ansambılının üzvləri müstəqilliyimizi tərənnüm edən mahnılar ifa ediblər.

baku-art.az

 İ.Əbilov adına Mədəniyyət Mərkəzində 18 oktyabr –Dövlət Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirilib
Oxunma sayı : 248