az
Bütün xəbərlər

"Müstəqilliyimiz əbədidir"adlı tədbir keçirilib

17-10-2018, 17:29
"Müstəqilliyimiz əbədidir"adlı tədbir keçirilib


Oktyabrın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi Sabunçu rayon MSK-nin 11 saylı filialı ilə birgə "Müstəqilliyimiz əbədidir"adlı tədbir keçirib.

Azərbaycan Dövlət himni səsləndirildikdən sonra tədbiri Mədəniyyət evinin direktoru Ramin Məmmədov açıb.O, qonaqları salamlayıb və bu bayram münasibəti ilə onları təbrik edib.

Sonra 69 nömrəli tam orta məktəbin tarix müəllimi Elnur Həşimov çıxış edərək, müstəqilliyimizin tarixi haqqında ətraflı məlumat verib.

Sonda 69 nömrəli tam orta məktəbin şagirdləri,Mədəniyyət evinin poeziya teatrının üzvləri və Sabunçu rayon MSK-nin 11 saylı filialının qiraətçiləri Ümüdova Türkan C.Cabbarlının "Azərbaycan", Çelpanova Ləman Z.Yaqubun "O həyatı sevirdi", Şirinov Elxan A.İldırımın "Əsir Azərbaycan", Ömərova Nuridə N.Həsənzadənin "Azərbaycan" şeirləri ilə çıxış ediblər.

baku-art.az

"Müstəqilliyimiz əbədidir"adlı tədbir keçirilib

"Müstəqilliyimiz əbədidir"adlı tədbir keçirilib

"Müstəqilliyimiz əbədidir"adlı tədbir keçirilib

"Müstəqilliyimiz əbədidir"adlı tədbir keçirilib

"Müstəqilliyimiz əbədidir"adlı tədbir keçirilib

"Müstəqilliyimiz əbədidir"adlı tədbir keçirilib
Oxunma sayı : 110