az
Bütün xəbərlər

"Yaşa Azərbaycan" adlı tədbir keçirilib

17-10-2018, 17:21
 "Yaşa Azərbaycan" adlı tədbir keçirilib

Oktyabrın 16 - da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi və Səbail rayon MKS-nin 6 saylı filialı birlikdə 18 Oktyabr - Müstəqillik Gününə həsr olunmuş "Yaşa Azərbaycan" adlı tədbir keçirib.

Tədbirdə Badamdar qəsəbəsində yerləşən "N" saylı hərbi hissənin zabit və əsgərləri tamaşaçı qismində iştirak ediblər.

Badamdar qəsəbə Mədəniyyət evinin direktoru Xavər Ramazanova çıxış edərək, əsgərləri bayram münasibəti ilə təbrik edib. Tədbirin aparıcısı Rəna Hüseynova isə çıxış edərək, əsgərləri salamlayıb və 18 Oktyabr - Müstəqillik Gününün yaranma tarixi haqqında məlumatlar verib.

Çıxışlardan sonra əsgərlər kitabxana tərəfindən Müstəqillik Gününə həsr olunmuş sərgi ilə tanış olublar. Sonra tədbir Mədəniyyət evinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilib.

Konsert zamanı Suğra Lütfəliyevanın, Rəna Hüseynovanın, Elxan Məhərrəmovun, Seymur Əliyevin ifalarında musiqilər, 236 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Xədicə Qurbanovanın, 60 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Leyla Kələntərlinin ifalarında Müstəqillik Gününə həsr olunmuş şeirlər tədbirə rəngarənglik qatıb.

baku-art.az

 "Yaşa Azərbaycan" adlı tədbir keçirilib

 "Yaşa Azərbaycan" adlı tədbir keçirilib

 "Yaşa Azərbaycan" adlı tədbir keçirilib

 "Yaşa Azərbaycan" adlı tədbir keçirilib

 "Yaşa Azərbaycan" adlı tədbir keçirilib

 "Yaşa Azərbaycan" adlı tədbir keçirilib

 "Yaşa Azərbaycan" adlı tədbir keçirilib

 "Yaşa Azərbaycan" adlı tədbir keçirilib

 "Yaşa Azərbaycan" adlı tədbir keçirilib
Oxunma sayı : 178