az
Bütün xəbərlər

Binəqədi Mərkəzi Mədəniyyət evi 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirib

17-10-2018, 16:18
Binəqədi Mərkəzi Mədəniyyət evi 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirib


Oktyabrın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət evi 18 oktyabr - Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə Mədəniyyət Evinin direktoru Şahin Səmədov açaraq, Müstəqillik Günü haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın Dövlət Müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra poeziya dərnəyinin rəhbəri Həsən Həsənov çıxışında müstəqillik illərinə qədər xalqımızın keçdiyi çətin yollardan və azadlığımızı qazanmaqla əldə etdiyimiz nailiyyətlərdən bəhs edib.

Tədbirin sonunda poeziya dərnəyinin üzvləri "Azərbaycan dünyam mənim" adlı kompazisiya ilə çıxış ediblər.


baku-art.az


Binəqədi Mərkəzi Mədəniyyət evi 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirib

Binəqədi Mərkəzi Mədəniyyət evi 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar dəyirmi masa keçirib
Oxunma sayı : 317