az
Bütün xəbərlər

Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Müstəqil Azərbaycan şərqdə parlayan günəş” adlı söhbət təşkil olunub

17-10-2018, 16:04
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Müstəqil Azərbaycan şərqdə parlayan günəş” adlı söhbət təşkil olunub


Oktyabrın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 18 oktyabr - Müstəqillik günü ilə əlaqədar “Müstəqil Azərbaycan şərqdə parlayan günəş” adlı söhbət təşkil olunub.

Tədbirdə hüquqşünas, vəkil Ramil Əhmədov və Xətai rayon MKS-nin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova qeyd edib ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik.

Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan, azadlıq və müstəqillik də yoxdur.

Daha sonra hüquqşünas, vəkil Ramil Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Ulu öndər Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.

Sonra çıxış edən natiqlər dövlətimizin müstəqilliyinin əldə olunması, onun qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında danışıblar.

Tədbirin sonunda 18 oktyabr - Dövlət Müstəqillik gününə həsr olunmuş “Müstəqil Azərbaycan şərqdə parlayan günəş” adlı sərgiyə baxış keçirilib.


baku-art.az


Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Müstəqil Azərbaycan şərqdə parlayan günəş” adlı söhbət təşkil olunub

Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Müstəqil Azərbaycan şərqdə parlayan günəş” adlı söhbət təşkil olunub
Oxunma sayı : 159