az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 5 saylı filialında "Müstəqil Azərbaycan" adlı sərgi və söhbət təşkil olunub

17-10-2018, 15:48
  Sabunçu rayon MKS-nin 5 saylı filialında "Müstəqil Azərbaycan" adlı sərgi və söhbət təşkil olunub


Oktyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 5 saylı filialında 18 oktyabr - Müstəqillik Günü münasibətilə "Müstəqil Azərbaycan" adlı sərgi və söhbət təşkil olunub.

Sərgidə 198 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbir zamanı kitabxanaçılar müstəqillik günü haqqında məlumat verərək bildiriblər ki, bu gün Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan.

Sonra sərgiyə baxış keçirilib.

baku-art.az

  Sabunçu rayon MKS-nin 5 saylı filialında "Müstəqil Azərbaycan" adlı sərgi və söhbət təşkil olunub
Oxunma sayı : 155