az
Bütün xəbərlər

Xəzər rayon MKS-nin 1 saylı filialı yeni layihə həyata keçirib

15-10-2018, 16:17
Xəzər rayon MKS-nin 1 saylı filialı yeni layihə həyata keçirib



Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 1 saylı filialı yeni layihəsi olan "Fəal və istedadlı oxucularımızı tanıdaq" devizi ilə paylaşımlarına davam edib. Bu günkü paylaşım 181 saylı tam orta məktəbin oxucuları Babayev Rəvan Mehman oğlu və Baxışlı Rihat Firdovsi oğlu haqqındadır.

Babayev Rəvan Mehman oğlu 181 saylı tam orta məktəbin 8a sinifində oxuyur, əlaçıdır. 2017-ci ilin yanvar ayında "Dünya məktəbi " riyaziyyat üzrə olimpiadasında 3-cü yeri ,2017-ci ilin may ayında rayon üzrə Məntiq olimpiadasında 3-cü yeri,Lütfizadə adına 2 məntiq olimpiadasında yüksək bal qazanıb.

Baxışlı Rihat Firdovsi oğlu da məktəbin əlaçısıdır.O, "Kenquru" olimpiadasında ən yüksək bal toplayıb.

Kitabxanadan verilən məlumata görə bu layihə mütəmadi olaraq davam etdiriləcək və sosial şəbəkələrdə yayımlanacaqdır.

baku-art.az
Oxunma sayı : 195