az
Bütün xəbərlər

Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş tövsiyə icmalı keçirilib

15-10-2018, 11:19
Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş tövsiyə icmalı keçirilib


Oktyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon MKS-nin 2 saylı filialında xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş tövsiyə icmalı keçirib.

Tədbirdə 251 saylı tam orta məktəbin şagirdləri iştirak edib.

İlk öncə filialın müdiri R. Şirinova iştirakçıları salamlayaraq onlara şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

Daha sonra tədbirdə bildirilib ki, Xalq şairinin şeirlərində Azərbaycan təbiətinin gözəlliklərinin canlandırılmasından bəhs edilir.

Sonda qeyd edilib ki, tövsiyə icmalının keçirilməsində əsas məqsəd şairin yaradıcılığını daha dərindən təbliğ etmək, şagirdlərə kitablarını oxumağı tövsiyə etməkdir.

baku-art.az
Oxunma sayı : 138