az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 8 saylı filialında "Dünya mənim-dünya sənin" adlı söhbət təşkil edilib

15-10-2018, 11:14
Sabunçu rayon MKS-nin 8 saylı filialında "Dünya mənim-dünya sənin" adlı söhbət təşkil edilib


Oktyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 8 saylı filialında xalq şairi Məmməd Arazın 85 illiyi münasibəti ilə "Dünya mənim-dünya sənin" adlı söhbət təşkil edilib.

Söhbətdə filialın müdiri Həmayə Əzizova Məmməd Araz yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, M.Araz ədəbi yaracılığa 1952-ci ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunan "Yanan işıqlarım" adlı şeiri ilə başlayıb.Müxtəlif məsul vəzifələrdə çalışan Məmməd Araz 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının Poeziya bölməsinə rəhbərlik edib. Azərbaycan milli ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə 1991-ci ildə "Azərbaycan Xalq Şairi" adına layiq görülmüş, 1995-ci ildə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Sonra oxucular milli ədəbiyyatımızın görkəmli nümayəndəsinin şeirlərindən parçalar söyləyiblər.

baku-art.az


Sabunçu rayon MKS-nin 8 saylı filialında "Dünya mənim-dünya sənin" adlı söhbət təşkil edilib

Sabunçu rayon MKS-nin 8 saylı filialında "Dünya mənim-dünya sənin" adlı söhbət təşkil edilib

Sabunçu rayon MKS-nin 8 saylı filialında "Dünya mənim-dünya sənin" adlı söhbət təşkil edilib
Oxunma sayı : 125