Baltimorlu musiqiçinin Bakıda ustad dərsi və konserti olacaq
Oktyabrın 16-da “YARAT” Müasir İncəsənət Mərkəzində baltimorlu repçi, musiqiçi və sahibkar Vordsmith tərəfindən ustad dərsi və konsert təşkil olunacaq.
Vordsmith çox güclü motivasiya mesajını çatdıran hip-hop musiqisi yaradıb. Onun missiyası “Məqsəd mesajı” vasitəsilə əyləndirmək və maarifləndirmək, həmişə bir nümunə olaraq, bu mesajı təmiz, keyfiyyətli və çoxsatılan “kütlələr üçün musiqi” ilə əlaqələndirməkdir.
Vordsmith öz şüurlu-kommersiya hip-hop musiqisi və teatr tamaşaları ilə milli və beynəlxalq səhnələrdə çıxış etməyə çalışıb. Onun ilhamlandırıcı mesajla dolu məzmunlu və bütün yaş dövrlərini əyləndirən mahnıları, əsasən adi fəhlə təbəqəsinə ünvanlanıb.