Xəzər rayon MKS-nin 1 saylı filialında kitab sərgisi təşkil edilib
Oktyabrın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 1 saylı filialında yaşı bir əsrdən böyük kitabların sərgisi təşkil edilib.
Sərginin keçirilməsində əsas məqsəd illərdir kitabxana fondunu zənginləşdirən kitabların yenidən oxucu istifadəsinə verilməsindən ibarət idi.
Sərgidə Mərdəkan qəsəbəsində yerləşən 123 və 181 saylı tam orta məktəblərin şagirdləri fəal iştirak ediblər, onlara kitablar haqqında ətraflı məlumat verilib.