az
Bütün xəbərlər

“Turan – Cavidin idealı” adlı söhbət keçirilib

2-10-2018, 15:41
“Turan – Cavidin idealı” adlı söhbət keçirilib


Oktyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS- nin 2 saylı filialı və 10 saylı peşə məktəbinin şagirdləri ilə birlikdə Turan Cavidin 95 illiyi münasibəti ilə “Turan – Cavidin idealı” adlı söhbət keçirilib.

Söhbəti giriş sözü ilə abonement bölməsinin müdiri S.Əliyeva açaraq bildirib ki , böyük şair və dramaturq Hüseyn Cavidin qızı, pedaqoq, mətnşünas Turan Cavidin vəfatından 95 il ötür. Turan Cavid bütün həyatını və fəaliyyətini Hüseyn Cavidin irsinin toplanması, qorunması, tədqiqi və təbliğinə sərf etmiş, Cavidin küliyyatının orjinal variantına qaytarılması üçün çoxşaxəli işlər həyata keçirib.

Turan Cavid bu həyatda atası, dahi şairimiz Hüseyn Cavidin adına layiq bir ömür sürməklə nə qədər xeyirli və gərəkli övlad olduğunu sübut edib. Onun həyat və yaradıcılığı bütün Azərbaycanlılara, vətən övladlarına bir örnəkdir.

Sonda şagirdlər öz fikirlərini bölüşüblər.

baku-art.az

“Turan – Cavidin idealı” adlı söhbət keçirilib

“Turan – Cavidin idealı” adlı söhbət keçirilib

“Turan – Cavidin idealı” adlı söhbət keçirilib
Oxunma sayı : 162