az
Bütün xəbərlər

Sazan balığından - Buğlama

2-10-2018, 13:12
Sazan balığından - Buğlama


Balıq buğlamasının bir çox növü var. Onlardan biri də sazan balığından hazırlanan buğlamadır. Sazan balığınız yoxdursa, onu bişdiyində dağılmayacaq hər hansı bir balıq növü ilə əvəz edə bilərsiniz.

Tərkibi:

1 kq sazan balığı
1 ədəd baş soğan
150 qr kərə yağı
1 dəstə şüyüd
1 dəstə keşniş
4-5 ədəd pomidor
4-5 ədəd kartof
6-7 alça qurusu və ya təzə alça
1 ədəd limon
½ st. su
Duz, istiot

Hazırlanması:

Balıq tikələrə bölünür. Kartof, soğan və pomidor halqavari, göyərtilər isə iri şəkildə doğranılır, limon dilimlənir.

Qazana birinci kartof dilimləri düzülür. Üzərinə balıq tikələri yerləşdirilib soğan, bibər, göyərti və alça əlavə edilir. Sonra pomidor və limon dilimləri düzülüb, duz, istiot səpilir. Sonda yağ və yarım stəkan su əlavə edilir. Qazanın qapağını örtülür, qazda orta xodla 25-30 dəqiqə bişiriıir.

baku-art.az


Sazan balığından - Buğlama

Sazan balığından - Buğlama
Oxunma sayı : 445