Bu gün Əminə Yusifqızının doğum günüdür |
 |
|
Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Dram Teatrında (1964-1974), 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur. Bədii qiraət ustası kimi tanınır.
M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu bitirmişdir (1961). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olmuşdur. Rolları: Qulu ("Anacan", Y.Əzimzadə), Səbirə ("Son məktub", R.İsmayılov), Humay ("Komsomol poeması", İ.Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər ("Söz yarası", Q.Rəsulov), Əliman ("Ana tarla", Çingiz Aytmatov), Esse ("Şeytanın şagirdi", Bernard Şou) və s. "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilmişdir.
Bir çox filmlərdə də rol almışdır: Ad günü (film, 1977)(tammetrajlı bədii film)-səs: Rəna Alma almaya bənzər (film, 1975) Arşın mal alan (film, 1965) Arxadan vurulan zərbə (film, 1977) Bakıda küləklər əsir (film, 1974) Bayquş gələndə (film, 1978) Bəxtəvər (film, 1984) Bəyin oğurlanması (film, 1986) Bir ailəlik bağ evi (film, 1978) Bir cənub şəhərində (film, 1969) Birisigün, gecəyarısı... (film, 1981) Bizim küçənin oğlanları (film, 1973) Bulud niyə ağlayır? (film, 1973) Burulğan (film, 1986)
baku-art.az
|
|
|
Oxunma sayı : 182 | 24-09-2018, 11:34 | |
 |
|