Q. Abbasov adına Mədəniyyət Sarayında "Milli Musiqi Günü"adlı dəyirmi masa keçirilib
Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Q. Abbasov adına Mədəniyyət Sarayında dahi bətəkar , Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyovun anadan olmasının 133-cü ildönümünə həsr olunmuş "Milli Musiqi Günü"adlı dəyirmi masa keçirilib.
İlk öncə sarayın bədii rəhbəri Bəhiyyə Nağıyeva hər kəsi salamlayaraq "Milli Musiqi Günü" və yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.
Sonra metodist Kifayət Məmmədova Ü.Hacıbəyovun həyat və yaradıcılığından ətraflı məlumat verib.
Tədbirdə sarayda fəaliyyət göstərən musiqi kurslarının üzvləri Ü.Hacıbəyovun əsərlərini səsləndiriblər.
Sonda sarayın direktoru Fikrət Urucəliyev çıxış edərək kurs üzvlərinə və rəhbərlərinə öz təşəkkürünü bildirib.