az
Bütün xəbərlər

Tanınmış indoneziyalı memarın Bakıda mühazirəsi dinləniləcək

6-09-2018, 15:46
Tanınmış indoneziyalı memarın Bakıda mühazirəsi dinləniləcək


Sentyabrın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində “İndoneziya İslam memarlıq irsi” mövzusunda memarlıq forumu keçiriləcək.

Üçüncü İndoneziya Mədəniyyət Festivalı çərçivəsində reallaşacaq forum bu ölkənin Bakıdakı səfirliyi və “YARAT” Müasir İncəsənət Məkanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Foruma İndoneziya Memarlıq Assosiasiyasının sədri, tanınmış memar Muniçi Baxron Edres rəhbərlik edəcək.

Tədbir çərçivəsində müsəlman irsləri arasında müxtəlif incəsənət və mədəni mirasların təsirinə məruz qalmış İndoneziyanın zəngin memarlığı təqdim olunacaq.

Bu forum həmçinin dialoq, fikirlər mübadiləsi və İndoneziya haqqında bilik və Azərbaycan memarlığı, incəsənət və dizaynı haqqında məlumat almaq üçün bir fürsətdir.

baku-art.az
Oxunma sayı : 246