az
Bütün xəbərlər

Maestro Niyazinin xatirəsi yad olunub

21-08-2018, 11:24
Maestro Niyazinin xatirəsi yad olunub


Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Niyazinin Fəxri Xiyabandakı məzarı və yeni inşa olunmuş abidəsi ziyarət edilib, önünə əklillər qoyulub.

Tədbirdə Niyazinin mənzil muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Niyazinin dünya musiqi tarixində tutduğu yeri və verdiyi töhfələr haqqında məlumat verib.

Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən videoçarx və kinofilmlərdən fraqmentlərlə müşayiət olunub.

Tədbirin bədii hissəsində Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, musiqişünas Sevinc İbrahimova, gənc pianoçu Nəriman Əmiraslanov və başqalarının ifasında Niyazinin və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

baku-art.az
Oxunma sayı : 232