az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Kitabxanaya kitab hədiyyə edirik” aksiyası keçirir

20-08-2018, 16:04
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası  “Kitabxanaya  kitab hədiyyə edirik” aksiyası keçirir


İyul –sentyabr aylarında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Kitabxanaya kitab hədiyyə edirik” aksiyası keçirir. Aksiyada alimlər, yazıçılar, şairlər və oxucular çox böyük maraqla iştirak edirlər.

Aksiyanın əsas məqsədi: kitabxana fondlarının müasir, yeni, habelə klassik ədəbiyyatla zənginləşdirilməsi , oxucuların kitabxanalara daha fəal cəlbedilməsi və insanların mütaliə marağının artırılmasıdır.

Bildirilib ki, “Kitabxanaya kitab hədiyyə edirik” aksiyasında bu günə qədər 14 nəfər iştirak edib, onlar 400-ə yaxın kitab və jurnal hədiyyə ediblər.

Aksiyada akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, filologiya elmləri doktoru Mahirə Quliyeva, Yazıçılar, Jurnalistlər Birliyinin, Mətbuat Şurasının üzvü, Həsənbəy Zərdabi mükafatçısı, ”Sehirli Dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova, şairə- publisist, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, “Azad Qələm” qəzeti və “İşıq” qadın jurnalının əməkdaşı Gülarə Munis,tanınmış hüquqşünas, peşəkar və təcrübəli prokuror Mobil İsmayılov, naşir, tanınmış jurnalist, “Qızılqələm” mükafatı laureatı Larisa Cavanşir, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Ramiz Dəniz, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad,istedadlı jurnalist, Az TV- Radio QSC-nın “Azərbaycanın səsi” Beynəlxalq radiosunun redaktoru Şahnaz Ağamir, yazıçı və şairə, “Yeni Təfəkkür” qəzetinin müxbiri Sevinc Ağa Xəlil qızı, kitabxananın fəal oxucusu, 158 saylı tam orta məktəbin X sinif şagirdi Məhəmməd Yusubov və başqaları iştirak ediblər.
Aksiya davam edir. Aksiyada iştirak edənlər haqqında ətraflı məlumat http://yasamal.cls.az/document/34694 linkdə yerləşdirilib.

baku-art.az

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası  “Kitabxanaya  kitab hədiyyə edirik” aksiyası keçirir

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası  “Kitabxanaya  kitab hədiyyə edirik” aksiyası keçirir

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası  “Kitabxanaya  kitab hədiyyə edirik” aksiyası keçirir

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası  “Kitabxanaya  kitab hədiyyə edirik” aksiyası keçirir

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası  “Kitabxanaya  kitab hədiyyə edirik” aksiyası keçirir
Oxunma sayı : 432