Xəzər rayon MKS-nin 1 saylı filialında Uşaq guşəsi təşkil olunub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 1 saylı filialında yay ayları zamanı Uşaq guşəsi təşkil olunub.
Uşaq guşələrində istedadlı oxucuların əl işlərindən ibarət olan sərgilər hər gələn uşaq tərəfindən maraqla qarşılanır.
Bu dəfəki istedadlı 3 saylı gimnaziyanın VII sinif şagirdi Ellada Abdullayeva "Tıq-tıq xanım" və "Qoğalın nağılı" əl işlərini təqdim edib.
Qeyd edək ki, uşaqlara bu sərgiləri nümayiş etdirməkdə məqsəd onlarda yaradıcı hissin, estetik zövqün inkişaf etdirilməsi, həmdə sərgi iştirakçılarını daha da həvəsləndirməkdir.