az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Əfsanəvi Mixaylo” adlı sərgi təşkil olunub

1-08-2018, 11:05
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Əfsanəvi Mixaylo” adlı sərgi təşkil olunub


Adı əfsanəyə dönmüş Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin qeyri-adi şücaəti unudulmazdır. Onun haqqında söhbət düşəndə əksəriyyət əsl adı və soyadından çox faşistlərin canına lərzə salan “Mixaylo” sözünü işlədir.

Əfsanəvi qəhrəmanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 23 iyun 2018 –ci il tarixdə Sərəncam imzalamışdır. Bununla əlaqədar,Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” lahiyəsi çərçivəsində “Əfsanəvi Mixaylo” aslı sərgi təşkil olunub.

Sərgi kitabxanaya gələn oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd olunub ki, Mehdi Hüseynzadənin 100 illik yubleyinə həsr olunmuş tədbirlər ilin sonunadək davam ediləcək.

baku-art.az


Oxunma sayı : 161