az
Bütün xəbərlər

Almaniyada "Qafqaz - Gürcüstana və Azərbaycana kulinar səyahət" adlı kitab nəşr olunub

20-07-2018, 17:08
 Almaniyada "Qafqaz - Gürcüstana və Azərbaycana kulinar səyahət" adlı kitab nəşr olunub


Almaniyada alman dilində "Qafqaz - Gürcüstana və Azərbaycana kulinar səyahət" adlı kitab nəşr olunub. Kitabın müəllifi Ukrayna əsilli Londonun məşhur baş aşpazı Olqa Herkulesdir.

Artıq Avropa qurmanları da alman dilində Gürcüstan və Azərbaycan mətbəxi ilə tanış ola biləcəklər. Kitab "Knesebeck Verlag" alman ədəbi nəşriyyatında işıq üzü görüb.

Qeyd edək ki, Olqa Herkules Ukrayna mətbəxi haqqında kitab yazan beynəlxalq dərəcəli ilk aşpaz hesab olunur. Hər ay "Guardian" qəzetində baş aşpazın reseptləri dərc olunur.


baku-art.az

Oxunma sayı : 252