az
Bütün xəbərlər

Şüvəlan qəsəbə Mədəniyyət evi Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib

19-07-2018, 18:14
Şüvəlan qəsəbə Mədəniyyət evi Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı  ziyarət edib


İyulun 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evinin kollektivi 18.07.2018-ci il tarixində mədəniyyət evində fəaliyyət göstərən kurs və dərnəklərin şagirdləri və onların müəllim, valideynləri ilə birgə Quba Soyqırımı Memorial Kompleksinə və ərazidəki kütləvi məzarlığa ziyarət təşkil edib. Quba Soyqırımı Memorial Kompleksinə və ərazidəki kütləvi məzarlığa gələn ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Qeyd edilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalığı aşkar olunub. Burada azərbaycanlılarla bərabər, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanların xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir. Quba soyqırımını əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş olunur. Ekspozisiyanı müasir incəsənət nümunəsi-nəhəng metal lövhə üzərində əks olunmuş insan sifətləri tamamlayır. Bu, tarixin qan yaddaşına hopan hadisələrə bu günün baxışı, çağdaş dövrün münasibəti kimi dəyərləndirilir.

baku-art.az

Şüvəlan qəsəbə Mədəniyyət evi Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı  ziyarət edib

Şüvəlan qəsəbə Mədəniyyət evi Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı  ziyarət edib
Oxunma sayı : 479