az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Doğma Qarabağ:yadda qalan izlər” adlı sərgi təşkil edib

19-07-2018, 17:14
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Doğma Qarabağ:yadda qalan izlər” adlı sərgi təşkil edib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Ağdam və Ağdərə rayonlarının işğalı ilə əlaqədar “Doğma Qarabağ:yadda qalan izlər” adlı sərgi təşkil edib. Kitabxana oxucuları sərgi ilə yaxından tanış olublar.

Sərgiya baxış keçirilən zaman Ağdam və Ağdərə rayonlarının işğalı haqqında oxuculara məlumat verilib.

Bildirilib ki, 23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.

baku-art.az

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Doğma Qarabağ:yadda qalan izlər” adlı sərgi təşkil edib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Doğma Qarabağ:yadda qalan izlər” adlı sərgi təşkil edib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Doğma Qarabağ:yadda qalan izlər” adlı sərgi təşkil edib
Oxunma sayı : 240