az
Bütün xəbərlər

Bu il Dünya Turizm Gününə Macarıstan ev sahibliyi edəcək

19-07-2018, 15:14
Bu il Dünya Turizm Gününə Macarıstan ev sahibliyi edəcək


Sentyabrın 27-də qeyd ediləcək Dünya Turizm Günü “Turizm və rəqəmsal transformasiya” (Tourism and the digital transformation) mövzusuna həsr olunacaq.

Builki tədbirə Macarıstan ev sahibliyi edəcək. Macarıstan qədim tarixi, zəngin təbii ehtiyatları olan ölkədir. Bu ölkə kurortları, gölləri, termal suları, mədəniyyət və tarixi abidələri, mətbəxi, qastronomiyası ilə turistləri cəlb edir. Təsadüfi deyil ki, 2017-ci ildə Macarıstanda beynəlxalq turistlərin sayı 16 milyon olub. Habelə Dünya Turizm Gününün builki mövzusu ölkənin müasir həyatı ilə səsləşir.

baku-art.az
Oxunma sayı : 336