az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil edib

18-07-2018, 18:22
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil edib


İyulun 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil edib.

İlk öncə Muzey əməkdaşları ekskursiyaçılara xalçaların adları və növləri haqqında ətraflı məlumat verib.

Sonra Muzeydə müxtəlif əsrlərə aid olan , tarixi qədim xalçaların toxunuşu ilə tanış olan iştirakçılar milli naxışların zənginliyinə böyük maraq göstərib , bələdçinin izahı ilə bu xalçaların növünü və tarixini öyrəniblər.Göz nuru olan xalçaların hər birinin öz mənası oldugunu qeyd edən muzey bələdçisi bir çox xalçaların naxışlarının mənasını izah edib.

Ekskursiya zamanı bilidirlib ki, məqsəd uşaq və gənc oxucular arasında “ Mirzə Şəfi Vazeh dövrünün Gəncə xalçaları” adlı rəsm müsabiqəsinə hazırlıq işləri aparmaq, uşaqları müxtəlif xalça nümunələri ilə tanış etməkdir.

Qeyd edək ki, müsabiqə iyulun 27-də başa çatacaq.Qaliblər Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Fəxri fərmanı ilə təltif olunacaqlar.


baku-art.az


Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil edib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil edib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil edib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil edib
Oxunma sayı : 332