az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 2 saylı filialı azyaşlı oxucular üçün “Mütaliə saatı” keçirib

18-07-2018, 17:42
 Sabunçu rayon MKS-nin  2 saylı filialı  azyaşlı oxucular üçün “Mütaliə saatı” keçirib


İyulun 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialı azyaşlı oxucular üçün “Mütaliə saatı” keçirib.

İlk öncə tədbirin aparıcısı azyaşlı oxucuları salamlayaraq, mütaliə haqqında ətraflı məlumat verib.

Sonra tədbirdə uşaqlara mütaliə sözünün mənası və önəmi izah olunaraq hər hansı bir mətndə verilmiş məlumatı əldə etmək vasitəsi olduğu bildirilib.

Daha sonra abonement bölməsinin müdiri S.Əliyeva balaca oxucular üçün maraqlı nağıllar oxuyub. Sonda o, uşaqların nağıl qəhrəmanlarının başlarına gələn əhvalatlar haqqında düşüncələrini öyrənib və onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki,tədbirin məqsədi azyaşlı uşaqları kitabxanalara cəlb etmək və onlarda kitablara qarşı maraq oyatmaqdır.

baku-art.az


 Sabunçu rayon MKS-nin  2 saylı filialı  azyaşlı oxucular üçün “Mütaliə saatı” keçirib
Oxunma sayı : 153