az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 6 saylı filialında "Kitabxanaya yeni gələn oxucularla iş" adlı söhbət keçirilib

18-07-2018, 13:06
Sabunçu rayon MKS-nin 6 saylı filialında "Kitabxanaya yeni gələn oxucularla iş" adlı söhbət keçirilib


İyulun 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 6 saylı filialında "Kitabxanaya yeni gələn oxucularla iş" adlı söhbət keçirilib.

İlk öncə tədbiri kitabxananın əməkdaşı N.Musayeva açaraq oxucuları salamlayıb və mövzu ilə bağlı məlumat verib. O, kitabxananın və kitabların əhəmiyyətindən, onun insan həyatındakı mühüm rolundan bəhs edib.

Daha sonra yeni oxuculara kitabxanadan istifadə qaydaları haqqında məlumat verilərək, kitabla necə rəftar etməli olduqlarını, istifadə zamanı kitaba heç bir zərər yetirməməyi, onu itirməməyi, itirəcəkləri halda əldə etdikləri kitabın 10 misli civarında cərimə olunacaqlarını və oxucuların üzərinə düşən digər öhdəlikləri izah edilib.

Söhbət zamanı qeyd edilib ki, hər bir kitabxanaçı oxucuların dünyagörüşünü, mədəni səviyyəsini, nitqini, biliyini öyrənmək üçün ilk öncə onların oxuduqları bədii kitablar haqqında sorğu aparmalıdır.

Sonda yeni oxuculardan əvvəllər daha hansı kitablara müraciət etdikləri haqqında qeydlər götürülüb, oxucularla birlikdə kitab fonduna daxil olunaraq, onlara fonddan sərbəst formada kitab seçmə üsullarını nümayiş etdirilib, verilən sualları cavabalandırılıb.

baku-art.az

Sabunçu rayon MKS-nin 6 saylı filialında "Kitabxanaya yeni gələn oxucularla iş" adlı söhbət keçirilib

Sabunçu rayon MKS-nin 6 saylı filialında "Kitabxanaya yeni gələn oxucularla iş" adlı söhbət keçirilib

Sabunçu rayon MKS-nin 6 saylı filialında "Kitabxanaya yeni gələn oxucularla iş" adlı söhbət keçirilib

Sabunçu rayon MKS-nin 6 saylı filialında "Kitabxanaya yeni gələn oxucularla iş" adlı söhbət keçirilib
Oxunma sayı : 165