az
Bütün xəbərlər

Xəzər rayon MKS-nin 1 saylı filialı “Nağıl saatı” keçirib

18-07-2018, 10:48
Xəzər rayon MKS-nin 1 saylı filialı “Nağıl saatı” keçirib


İyulun 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 1 saylı filialı Mərdəkan qəsəbəsində yerləşən "İmperial" uşaq bağçasında “Nağıl saatı” keçirib.

İlk öncə kitabxananın əməkdaşı uşaqlara "Düyməcik", "Süleyman şah və qarışqa", "Yeddi qardaş bir bacı" nağıllarını oxuyub.

Sonra oxunan nağıllarla bağlı sual-cavab aparılıb. Təqdim edilən nağıllar və rəngli nağıl jurnalları kiçik yaşlı oxucuların marağına səbəb olub.

Qeyd edilib ki, “Nağıl saatı”nın keçirilməsində əsas məqsəd uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək, onların kitaba olan maraqlarını artırmaqdan ibarətdir.

baku-art.az


Xəzər rayon MKS-nin 1 saylı filialı “Nağıl saatı” keçirib
Oxunma sayı : 202