az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 2 saylı filialı "Nağıl saatı" keçirib

16-07-2018, 15:41
Sabunçu rayon MKS-nin 2 saylı filialı "Nağıl saatı" keçirib


İyulun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialı "Yasəmən" uşaq baxçasında uşaq ədəbiyyatının təbliği məqəsdilə "Nağıl saatı" keçirib.

İlk öncə kitabxananın əməkdaşları "Tıq-tıq xanım"ın nağılın və "Qoğalın" nağıllarını ucadan oxuyub. Nağıllar kiçik yaşlı məktəblilərin marağına səbəb olub.Oxunan nağıllarla bağlı sual-cavab aparılıb.

Qeyd edilib ki, uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir.Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir.Bir uşaq kitabxanası olaraq əsas məqsədimiz uşaqlarımızın gələcək həyatına yeni dəyərlər gətirmək, tez-tez dəyişən, inkişaf edən rəngarəng dünyamızda uşaqlarımızın mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, hər cürə yeniliklərə qarşı onların daha savadlı, daha zəkalı böyüməsinə təkan verməkdir.

baku-art.az

Sabunçu rayon MKS-nin 2 saylı filialı "Nağıl saatı" keçirib
Oxunma sayı : 197