az
Bütün xəbərlər

C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin növbəti uğuru

12-07-2018, 11:55
C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin növbəti uğuru

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11illik musiqi məktəbinin estrada oxuma ixtisası üzrə şagirdi Nigar Seidova (müəllim Solmaz Qasımova) və Bibiheybət mədəniyyət evinin üzvü Uğur Məmmədli (rəhbər Xanım Məmmədova) iyun ayının 01-05 tarixlərində İtaliyanın Rimini şəhərində keçirilən IV Beynəlxalq “Покажи себя миру” (“Fatti vedere in tutto le mondo”) İncəsənət festivalında iştirak edib, hər iki iştirakçı I yerə layiq görülüb.

“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival - müsabiqənin “Qran Pri” mükafatçısı Rza Xosrovzadə (vokal) bu festivala fəxri qonaq kimi dəvət olunub və müsabiqənin sədri Viktor Pelenyaqrenin məhz R.Xosrovzadə üçün yazdığı yeni «Не шумите листья» mahnısını ifa edib.

Həmçinin, Verona şəhərində keçirilən V.Pelenyaqrenin yaradıcılıq gecəsində Nigar Seidova və Rza Xosrovzadə onun mahnıların ifa ediblər. IV Beynəlxalq İncəsənət Festivalının qala konserti San Marino respublikasında keçirilib, Uğur Məmmədli, Nigar Seidova və Rza Xosrovzadə məharətlə çıxış ediblər. Bu festivala İtaliya, Rusiya, Qazaxıstan və başqa ölkələrdən 267 nəfər iştirakçı qatılıb. Münsiflər heyətinin fəxri üzvü Fabio Lamborgininin 267 iştirakçıdan fərdi hədiyyəsi yalnız Uğur Məmmədliyə təqdim edilib.

Festivalın münsiflər heyətinin qərarı ilə C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinə kubok təqdim edilib.

baku-art.az

C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin növbəti uğuru

C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin növbəti uğuru

C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin növbəti uğuru

C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin növbəti uğuru

C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin növbəti uğuru

C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin növbəti uğuru

C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin növbəti uğuru

C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin növbəti uğuru
Oxunma sayı : 503