az
Bütün xəbərlər

“Hərə olduğu kimi gözəldir” yeni quruluşda təqdim olunub

11-07-2018, 17:42
“Hərə olduğu kimi gözəldir” yeni quruluşda təqdim olunub


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı mövsümə yeni tamaşa ilə yekun vurub.

İyulun 10-da teatrda Arzu Soltanın "Hərə olduğu kimi gözəldir" pyesi əsasında rejissor İlhamə Əhmədovanın yeni quruluş verdiyi tamaşaya ictimai baxış keçirilib.

Cəmiyyətdə hər kəsin bərabər münasibətə layiq olması, fərqlilərin inteqrasiyasının önəmi kimi aktuallığını itirməyən mövzuya həsr olunan tamaşa yeni mövsümdə balacaların görüşünə gələcək.

Tamaşada rolları əməkdar artist Əliqulu Səmədov, aktyorlar Sovqat Səmədova, Ədalət Ağaverdizadə, Gülər Ləzgiyeva, Rəfael Muradxanlı, Günay Pirizadə, Gülnarə Abbasova, Gülnar Məmmədova, Nərminə Məhərrəmova, Turəxanım Qasımlı, Niyaz Novruzov, Qurban Əhmədov ifa edir.

Qeyd edək ki, rəssamı Sevda Məmmədova, musiqi tərtibatı Mahir İbrahimli, rəqslərin quruluşu Könül Şahbazova, teatrın bədii rəhbəri-direktoru respublikanın əməkdar artisti İntiqam Soltandır.

baku-art.az

“Hərə olduğu kimi gözəldir” yeni quruluşda təqdim olunub

“Hərə olduğu kimi gözəldir” yeni quruluşda təqdim olunub

“Hərə olduğu kimi gözəldir” yeni quruluşda təqdim olunub

“Hərə olduğu kimi gözəldir” yeni quruluşda təqdim olunub

“Hərə olduğu kimi gözəldir” yeni quruluşda təqdim olunub

“Hərə olduğu kimi gözəldir” yeni quruluşda təqdim olunub
Oxunma sayı : 180