az
Bütün xəbərlər

Tanınmış şair Hüseyn Kürdoğlunun xatirəsi anılacaq

11-07-2018, 10:49
Tanınmış  şair  Hüseyn  Kürdoğlunun  xatirəsi  anılacaq


İyulun 12-də tanınmış şair Hüseyn Kürdoğlunun anım günü münasibətilə tədbir keçiriləcək.

Həmin gün “Söz qonağı” Ədəbi Məclisinin üzvləri Xırdalan qəbiristanlığında şairin məzarını ziyarət edəcəklər.

Sənət adamları və oxucuların da iştirakı nəzərdə tutulan tədbirdə şairin ömür yolu, yaradıcılığı haqqında danışılacaq, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraət ustası Zülfiyyə Eldarqızının ifasında şairin şeirləri səslənəcək.

baku-art.az
Oxunma sayı : 236