az
Bütün xəbərlər

Yayda necə qidalanmalı

5-07-2018, 17:32
Yayda necə qidalanmalı


Hər mövsümdə olduğu kimi, yayda da sağlam qidalanmaqla bəzi sağlıq problemlərini azaltmaq mümkündür.

Yayda havanın temperaturunun yüksəlməsi ilə qidalanma vərdişlərindəki dəyişikliklərlə birlikdə yüksək təzyiq, ürək çatışmazlığı da müşahidə edilməkdədir. Bundan başqa isti havalarda tərləmə ilə ortaya çıxan su və mineral itkisi nəticəsində baş gicəllənməsi, huşunu itirmə hissi və ürək bulanma kimi sağlamlıq problemləri də ola bilər. Xüsusilə körpə və uşaqlarda ishal olma riski, qida zəhərlənmələri artır. Ancaq sağlam və balanslı bəslənmə ilə yay aylarında sıxlıqla görülən bu cür sağlamlıq problemlərinin azaldılması mümkündür.

Susamasanız da, gündə 10-12 stəkan su için

Yay aylarında maye və mineral itkisinin qarşısını almaq üçün çox miqdarda maye qəbul etmək önəmlidir. Hər gün ən az 2-2,5 litr (10-12 stəkan) su içilməlidir. Bundan başqa məşq edildiyində daha çox su içməyə diqqət yetirmək lazımdır. Maye qəbulu zamanı suyla yanaşı süd, ayran, qazlı su, limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkilər də doğru seçimlərdir.

Gündə 3 pay yemək yeyin

Sağlamlığın qorunması üçün həyatın hər dövründə nizamlı qidalanma çox əhəmiyyətlidir. Buna görə qidalarınızı gündə 3 ana pay (nahar, günorta və axşam) və 3 ara pay şəklində istehlak etməyə çalışın. Bu zaman qan şəkəriniz normada qalar.

Qidaları yaxşıca çeynəyin

Doymaq hissi yemək yedikdən 15-20 dəqiqə sonra hiss edilməyə başlayır. Bu səbəblə yavaş-yavaş və yaxşıca çeynəməklə yeməyə diqqət edin. Yemək əsnasında tikələr arasında yeməyinizə tez-tez ara verin.

Mayonez və qızartmalara vida edin

Yayda mayonez, yağlı sous, yağlı qidalar və qızartmalardan uzaq olun. Yeməklərdə bitki yağlarından istifadə edin. qızartma əvəzinə qaynadılmış yeməklərə üstünlük verin.

Qida zəhərlənmələrindən qorunmaq üçün gigiyenaya fikir verin

Xüsusilə yay aylarında qida zəhərlənmələri artır. Ona görə də bu mövsümdə çöldə və açıqda satılan yeməklərdən uzaq olun. Tez xarab olan potensial riskli qidaları (ət, yumurta, süd, balıq və s.) soyuducudan kənarda çox saxlamayın. Qidaların alınması, bişirilməsi və saxlanma mərhələsində gigiyenaya diqqət yetirin.

Dondurma və meyvəli şirniyyatları seçin

Qızardılmış və xəmir şirniyyatları əvəzinə südlü, meyvəli şirniyyatları, dondurmanı seçin. Ancaq hər qidada olduğu kimi bunda da miqdarına diqqət yetirin.

Avtomobil əvəzinə piyada gəzin, liftin əvəzinə nərdivandan istifadə edin

Həftədə 3 gün templi gəzintilər, üzmək, məşqlər sizi yay yorğunluğuna qarşı qoruyacaq. Əgər “vaxtım yoxdur” deyirsinizsə, heç olmasa aktiv həyat tərzi üçün gəzərək gedə biləcəyiniz yerlərə avtomobillə getməyin, lift yerinə nərdivandan istifadə edin. Bu cür kiçik fəaliyyətlərlə də həyat tərzinizi dəyişdirə bilərsiniz.

baku-art.az

Yayda necə qidalanmalı

Yayda necə qidalanmalı

Yayda necə qidalanmalı

Yayda necə qidalanmalı
Oxunma sayı : 314