az
Bütün xəbərlər

Milli rəqslərimiz Gürcüstanda təqdim olunub

4-07-2018, 13:29
Milli rəqslərimiz Gürcüstanda təqdim olunub


29 iyun- 03 iyul tarixlərində ənənəvi olaraq Gürcüstanın Batumi və Kobuleti şəhərlərində keçirilən “Морская гармония” adlı Beyəlxalq Folklor Festival-Müsabiqəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasının “Köhnə Bakı” rəqs qrupunun üzvləri ölkəmizi təmsil ediblər. Qrupun təqdimatında milli rəqsələrimiz xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat yaradıb.

Festival-Müsabiqəyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Ukrayna, Belarusiya, Latviya və İndoneziyadan 50 dən çox müxtəlif kollektivlər qatılıb. Qalibləri beynəlxalq dərəcəli, peşəkar xoreoqrflardan ibarət juri müəyyənləşdirib.

İyulun 3-də keçirilən yekun qala konsertdə ölkəmizi təmsil edən “Köhnə Bakı” rəqs qrupu “Ən yaxşı milli rəqs” nominasiyasında 3-cü yerə, vokal nominasiyasında isə müğənni Əli Quliyev xüsusi medal və diploma layiq görülüblər.

Qara dəniz sahilində təşkil olunan bu Beyəlxalq Folklor Festival-Müsabiqə müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisi və milli rəqslərini ifa edən qrup və ansambllarını bir araya gətirir. Festival ictimaiyyətin, xüsusilədə uşaqların, gənclərin milli mədəniyyət barədə anlayışını inkişaf etdirmək məqsədi daşıyır.

https://youtu.be/nt1TBU6QiR0

baku-art.az

Milli rəqslərimiz Gürcüstanda təqdim olunub

Milli rəqslərimiz Gürcüstanda təqdim olunub

Milli rəqslərimiz Gürcüstanda təqdim olunub

Milli rəqslərimiz Gürcüstanda təqdim olunub

Milli rəqslərimiz Gürcüstanda təqdim olunub
Oxunma sayı : 575