"Kam-Kam" Uşaq Teatr Studiyası "Əlibaba və qırx quldur" tamaşasını təqdim edib
İyulun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən "Kam-Kam" Uşaq Teatr Studiyası "Əlibaba və qırx quldur" tamaşasını təqdim edib.
Tamaşada Əlibabanın başına gələn hadisələr, quldurlarla mübarizəsi, xeyrin şərə qalib gəlməsi kiçik yaşlı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tamaşanın sonunda balaca və istedadlı aktyorlar diplomlarla təltif olunublar.